Praqada keçiriləcək açıq Avropa kubokunda Azərbaycanın 16 cüdoçusunun iştirakı nəzərdə tutulub
Praqada keçiriləcək cüdo üzrə açıq Avropa kubokunda Azərbaycanın 16 cüdoçusunun iştirakı planlaşdırılıb.

Yüngül çəki dərəcəsində komandamızı Turan Bayramov, Rəşad Baxşəliyev (60 kq), Yaşar Nəcəfov, Vaqif Tarverdiyev (66 kq) təmsil edəcəklər. Orta və ağır çəki dərəcələrində isə cüdoçularımız Rəşid Məmmədəliyev, Nurlan Osmanov, Kənan Quluzadə (73 kq), Vüqar Talıbov, Araş Ağayi, Elcan Hacıyev (81 kq), İbrahim Ağakişiyev (90 kq), Aslan Mirzəyev, Adil Kərimli, Abdulla İsmayılov (100 kq), İmran Yusifov, Hüseyn Məmmədov (+100 kq) mübarizə aparacaqlar.

Yarış fevralın 27-28-də təşkil ediləcək.

Xəbər 405 dəfə oxundu.