Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti fəxri ada layiq görülüb
Ofisi Bakıda yerləşən Avrasiya Kombat Ciu-Citsu Federasiyanin rəhbəri Rəsul Məmmədov “Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adına layiq görülüb.

R.Məmmədov Azərbaycanda və ölkəmizdən kənarda tanınan əlbəyaxa döyüş və xüsusi hazırlıq üzrə təlimatçı-məşqçidir. Keçmişdə xüsusi təyinatlı qüvvələrdə xidmət edən, birinci Qarabağ müharibəsinin qazisi olan R.Məmmədov Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşıdır.

Respublikamızda sayılıb-seçılən idman mütəxəssislərindən olan R.Məmmədov ölkəmizin, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yığma komandalarının hazırlıq prosesində, güc strukturlarının əməkdaşlarının və xüsusi təyinatlarının hazırlığında yüksək əməyinə, həmçinin bu istiqamətdə keçirilən beynəlxalq tədbirlərdə fəal iştırakına görə dəfələrlə Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Baş İdarəsinin, Müdafiə Nazirliyinin və bir sıra xarici təşkilatların medal, fəxri fərman, diplom və qiymətli hədiyyələri ilə təltif olunub.
Rəsul Məmmədov yetirmələrinin idmanda göstərdiyi yüksək nailiyyətlərə görə “Əməkdar məşqçi” fəxri adına görülüb. Qeyd edək ki, R.Məmmədov yüksək xidmətlərinə görə 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təltif olunub.

Xəbər 390 dəfə oxundu.