“Sumqayıt” futbol klubu iki futbolçusu ilə müqavilələri yeniləyib
“Sumqayıt” Futbol Akademiyasının yetirmələri - yarımmüdafiəçilər Rüfət və Səbuhi Abdullazadə komanda ilə 2019/2020 mövsümündə bağladıqları peşəkar müqavilələri yeniləyib. Belə ki, onların mövcud müqavilələri 2022/2023 mövsümünün sonuna qədər uzadılıb.

Rüfət Abdullazadə Premyer Liqada bu mövsüm 8, ümumilikdə 12 oyun, Səbuhi Abdullazadə isə bu mövsüm 8, ümumilikdə 22 oyun (1 qol) keçirib.

U-21 millimizin üzvü olan gənc yarımmüdafiəçilər 2017/2018 mövsümündə Premyer Liqada debüt ediblər. Rüfət qeyd olunmuş mövsümün 11-ci turunda “Keşlə” ilə qarşılaşmada (3:1) ilk Premyer Liqa oyununu keçiribsə, Səbuhi bu uğura 14-cü turda “Kəpəz”lə oyunda (3:0) nail olub. Onu da bildirək ki, Rüfət və Səbuhi 2017/2018 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.

Xəbər 400 dəfə oxundu.