AFFA “Səbail” və “Kəpəz” klublarını cərimələyib
AFFA İntizam Komitəsi “Səbail” klubunu 800 manat məbləğində cərimələyib.

Buna paytaxt təmsilçisinin “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldiyi Azərbaycan kubokunun dörddəbir final mərhələsinin ilk matçına gecikməsi səbəb olub.

“Kəpəz” klubu da eyni məbləğdə cərimə ödəyəcək. Gəncə təmsilçisinin 4 futbolçusu “Keşlə”yə 0:1 hesabı ilə uduzduqları dörddəbir finalın ilk görüşündə sarı vərəqə ilə cəzalandırlıb.

Xəbər 380 dəfə oxundu.