Yığmamızın oyunlarının keçiriləcəyi stadion müəyyənləşib
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya və Moldova komandalarına qarşı keçirəcək oyunların stadionu və başlama vaxtı məlum olub.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, İspaniya ilə oyun saat 20:00-da, Moldova komandası ilə qarşılaşma isə saat 18:00-da başlayacaq.

Hər iki qarşılaşma ASK Arenada keçiriləcək.

Qeyd edək ki, İspaniya ilə qarşılaşma fevralın 18-də, Moldova ilə oyun isə ayın 23-də təşkil olunacaq.

Xəbər 382 dəfə oxundu.