Atıcılıq idman növü III Avropa Oyunlarının proqramına daxil edilib
Avropa Olimpiya Komitələri (AOK) 2023-cü ilin yayında keçiriləcək III Avropa Oyunlarının proqramını genişləndirməyə davam edir.

Atıcılıq idman növü də Polşanın Krakov şəhərində keçiriləcək Oyunların proqramına daxil edilib. Atıcılıq bundan əvvəlki Oyunlarda – “Bakı-2015” və “Minsk-2019”da yer alıb.

III Avropa Oyunlarının proqramına qeyd etdiyimiz idman növü ilə yanaşı, müasir beşnövçülük, taekvondo, karate, çimərlik həndbolu, badminton, boks, kamandan oxatma, sinxron üzgüçülük, basketbol - 3x3, breyk-dans, kanoe (kayak və kanoe, kanoe slalom), velosiped idmanı (BMX, şose), qılıncoynatma, gimnastika, cüdo, karate, dağ qaçışı, reqbi-7, tramplindən tullanma (yay), idman dırmanması, stolüstü tennis, triatlon, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma da daxildir.

Xatırladaq ki, tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda təşkil olunub.

Xəbər 468 dəfə oxundu.