Vidus Alunderislə hücumçu Robertas Poşkusun “Sibir” klubuna keçidi rəsmiləşib
“Simurq”un litvalı sabiq futbolçuları karyeralarını Rusiya çempionatının I divizionun davam etdirəcəklər. İdman.com.az saytının məlumatına görə, müdafiəçi Vidus Alunderislə hücumçu Robertas Poşkusun “Sibir” klubuna keçidi rəsmiləşib. Zaqatala təmsilçisinin rusiyalı baş məşqçisi Sergey Yuran rəhbərliyi altında oynadığı bu 2 litvalını indiki komandasına gətirib. Novosibirsk klubu yeni transferlərini artıq iştirak ərizəsinə daxil edib.

Poşkus Rusiyada “Kırlya Sovetov”, “Zenit”, Moskva “Dinamo”su, “Rostov, “Ural”da, Alunderis isə “Baltika”da oynadığından, Rusiya çempionatı onlara yaxşı tanışdır.

Qeyd edək ki,“Poşkus ötən mövsüm final mərhələsinin startı ərəfəsində Yuranın istefasından sonra “Simurq”dan getmişdi. Zaqatalıların mövsüm bitəndən sonra imtina etdiyi çoxsaylı futbolçulardan biri Vidas olmuşdu.

Xəbər 990 dəfə oxundu.