Paralimpiyaçılarımız uzun fasilədən sonra beynəlxalq arenalara qayıdırlar
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) atletika idman növü üzrə milli komandası fevralın 6-14-də Dubayda keçiriləcək Qran-Pridə iştirak edəcək.

Yarışdan əvvəl komitənin prezidenti İlqar Rəhimov komandanın üzvləri ilə görüşüb.

Komitə prezidenti idmançılara uğurlar arzulayaraq qeyd edib ki, bu yarış lisenziya xarakterli olduğundan Qran-Pridə yaxşı nəticələr göstərmək olduqca vacibdir.

Komandanın baş məşqçisi, ikiqat Paralimpiya çempionu Oleq Panyutin idmançıların yarışlara hazır olduğunu bildirib.

Paraatletika üzrə Qran-Pridə ölkəmizi 6 idmançı təmsil edəcək.

Qeyd edək ki, AMPK-nın atletika idman növü üzrə artıq 3 idmançısı “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Xəbər 497 dəfə oxundu.