Azərbaycan millisi UEFA-nın reytinq cədvəlində 5-ci pilləyə yüksəlib
UEFA futzal üzrə milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Azərbaycan millisi reytinq cədvəlində bir pillə irəliləyib. Hesabında 2018,78 xal olan millimiz beşinci pilləyə yüksəlib.

Reytinq cədvəlinə İspaniya (2229.843) başçılıq edir. Rusiya millisi (2115.118) ikinci, Portuqaliya (2098.246) üçüncüdür.

Xəbər 382 dəfə oxundu.