Formula 3: “HWA Racelab” komandası meksikalı pilotla müqavilə imzalayıb
Formula 3 yarışında çıxış edən “HWA Racelab” komandası yeni mövsüm üçün heyətini açıqlayıb.

Komanda Rafael Villaqomes ilə müqavilə imzalayıb. Meksikalı pilot yeni mövsümdə Matteo Nannini ilə birgə “HWA Racelab”ın uğurları üçün çıxış edəcəklər.

Meksikalı pilot ötən mövsümü Fransa Formula 4-də keçirib və sürücülərin sıralamasında altıncı olub. On doqquz yaşlı pilot ötən mövsüm həmçinin, “Euroformula Open”də də 4 mərhələdə iştirak edib və podiuma qalxıb.

Qeyd edək ki, Formula 3 yarışının 2021-ci il mövsümü 7 mərhələdən ibarət olacaq. Barselonada start götürəcək yarışa oktyabrın 22-24-də Ostin şəhərində keçiriləcək ABŞ Qran-Prisi ilə yekun vurulacaq.

Xəbər 533 dəfə oxundu.