Sabiq Formula 1 pilotu karyerasını “İndyCar”da davam etdirəcək
Sabiq Formula 1 pilotu Roman Qrojan karyerasını ABŞ avtoyürüş seriyası olan “İndyCar”da davam etdirəcək.

Fransalı pilot “Dale Coyne Racing with RWR” komandası ilə müqavilə imzalayıb.

Yeni mövsümdə R.Qrojan seriyada debüt edəcək ABŞ pilotu Kodi Ueyra ilə birlikdə “Dale Coyne Racing with RWR” komandasının uğurları üçün çıxış edəcəklər.

Qeyd edək ki, R.Qrojan fevralın 18-də “Barber Motorsports Park” trasında təşkil olunacaq test yürüşlərinə də qatılacaq.

Xəbər 377 dəfə oxundu.