Avstraliya açıq çempionatının püşkatma mərasimi təxirə salınıb
Tennis üzrə Avstraliya açıq çempionatının püşkatma mərasimi təxirə salınıb.

Buna koronavirus pandemiyası səbəb olub.

Təşkilatçılar fevralın 4-də keçirilməli olan tədbiri növbəti günə təyin ediblər. İdmançıların Melburnda məskunlaşdığı oteldə qeydə alınan yoluxma üzündən belə addım atılıb.

Oteldəki bütün idmançı və personal təcrid olunub. Onların hamısı yenidən test verəcək. Yoluxanlarla təmasda olanların təxmini sayı 500-600 nəfərdir.

Turnirin direktoru Kreyq Tili bunun yarışa təsir etməyəcəyinə söyləyib. O bildirib ki, çempionat planlaşdırıldığı kimi fevralın 8-də başlayacaq.

Xəbər 373 dəfə oxundu.