“Qarabağ”ın sabiq futbolçusu Bolqarıstan klubu ilə müqavilə imzalayıb
2019/2020-ci il mövsümünün sonunda “Qarabağ”dan ayrılan futbolçu Faysal Rerras klubunu dəyişib.

28 yaşlı müdafiəçi Mərakeşin “Muludia Ucda” klubundan ayrılaraq Bolqarıstanın “Levski” komandasına keçib.

Mərakeş əsilli belçikalı oyunçu ilə Sofiya təmsilçisi 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, futbolçu 2019/2020-ci il mövsümündə “Qarabağ”ın formasını geyinib.

Xəbər 388 dəfə oxundu.