Eden Hazard yenidən zədələnib
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Eden Hazard yenidən zədələnib.

Belçikalı yarımmüdafiəçinin sol ayaq əzələsində zədə aşkarlanıb. “AS” nəşri Hazardın 3-4 həftə, “Marca” nəşri isə 4-6 həftə oynaya bilməyəcəyini yazıb.

Beləliklə, 30 yaşlı futbolçunun Çempionlar Liqasının səkkizdəbir finalının ilk oyununda “Atalanta” ilə (24 fevral) və La Liqada “Atletiko” ilə matçda (7 mart) meydana çıxması şübhə altındadır.

Qeyd edək ki, Hazard cari mövsümdə La Liqada 8 matç keçirib və 2 qol vurub.

Xəbər 389 dəfə oxundu.