“Sabah”ın sabiq futbolçusu Macarıstan klubunda məşqlərə başlayıb
Bakının “Sabah” futbol klubunun sabiq futbolçusu Ulisse Diallo Macarıstan komandası ilə məşqlərə başlayıb.

28 yaşlı forvard “Mezokövesd” klubu ilə razılığa gəlib. Diallonun baş məşqçi Attila Pinterin rəhbərlik etdiyi “Mezokövesd” və “Akademika” komandalarında çıxış etdiyini nəzərə alsaq, keçid gözlənilən idi. Təcrübəli mütəxəssis bir müddət öncə hücumçu axtarışında olduğunu dilə gətirmişdi.

Qeyd edək ki, Ulisse Diallo Macarıstan karyerasına 2013-cü ildə “Ferentsvaroş” klubuna transfer olaraq başlamışdı.

Xəbər 369 dəfə oxundu.