“Mercedes” Formula 1-in yeni mövsümü üçün bolidinin təqdimat tarixini açıqlayıb
“Mercedes” komandası 2021-ci il mövsümü üçün bolidinin təqdimat tarixini açıqlayıb.

“Mercedes-AMG F1 W12 E Performance” bolidi martın 2-də onlayn formatda ictimaiyyətə təqdim olunacaq.

“E Performance” adı gələcək “Mercedes AMG” hibrid nəqliyyat vasitələrinin adlarında istifadə ediləcək yeni bir texnologiya markasıdır. W12 bu təyinatlı ilk avtomobil olacaq.

Təqdimat günü komanda fotoşəkilləri və maşının texniki məlumatlarını təqdim edəcək.
Qeyd edək ki, komandanın press-relizində sürücülərin adları çəkilmir. Xatırladaq ki, Luis Hamiltonun 2021-ci il mövsümü üçün müqaviləsi yoxdur.

Xəbər 533 dəfə oxundu.