Hokkey üzrə dünya çempionatına Latviya ev sahibliyi edəcək
Beynəlxalq Hokkey Federasiyanın növbəti iclası keçirilib.

Тoplantıda bu il keçirilməli olan hokkey üzrə dünya çempionatının məkanı ilə bağlı məsələ müzakirə olunub. Belarusdan alınan dünya çempionatına Danimarka və Slovakiya ev sahibliyi etmək istəsə də, Beynəlxalq Hokkey Federasiyası onların təklifini qəbul etməyib. Nəticədə qərara alınıb ki, Belarusla birgə mundialı şərikli keçirmək hüququ əldən Latviya özü yarışlara ev sahibliyi etsin.

Beləliklə də, A və B qruplarının oyunları Riqa şəhərində keçiriləcək. Mundial mayın 21-də start götürəcək.


Xəbər 400 dəfə oxundu.