“Qarabağ”ın sabiq futbolçusu Ukraynada klubunu dəyişib
“Qarabağ”ın sabiq futbolçusu Sergey Kravçenko Ukraynada klubunu dəyişib.

“Dnepr-1”in 38 yaşlı yarımmüdafiəçi Ukraynanın İkinci liqasında çıxış edən “Çernomorets”lə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, S.Kravçenko 2005/2006-cı il mövsümündə “Qarabağ”da çıxış edib. O, “Şaxtyor”, “Vorskla” və “Dnepr” klublarının şərəfini də qoruyub.

Xəbər 476 dəfə oxundu.