Kata üzrə Azərbaycan milli komandalarının məşqçilər heyətində növbəti təyinatlar olub
Kata üzrə Azərbaycan milli komandalarının məşqçilər heyətində növbəti təyinatlar olub.

Para-karate və 14-15 yaşlı kata milli komandalarının hazırlanması işlərinə təcrübəli idmançılar cəlb olunub. Bundan sonra böyüklərdən ibarət kata milli komandasının üzvləri İsmayıl Quliyev para-karate, Tural Balcanlı isə 14-15 yaşlı yeniyetmələrin fərdi kata çıxışları üzrə köməkçi məşqçi işləyəcək.

Xatırladaq ki, kata komandalarının baş məşqçisi Vahid Ayvazov, böyük məşqçisi Vüqar Kərimov, məşqçisi isə Anar Əhmədovdur.

Xəbər 415 dəfə oxundu.