Kazanda keçiriləcək Xüsusi Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsi yaradılıb
Rusiya hökuməti Kazanda Xüsusi Qış Olimpiya Oyunlarının keçirilməsi üçün Təşkilat Komitəsi yaradıb.

Bu barədə TASS informasiya agentliyində məlumat verilib. Təsdiq edilmiş tərkibə görə, Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Çernışenko Təşkilat Komitəsinin sədri təyin edilib. Təşkilat Komitəsinə Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin, Rusiyanın idman naziri Oleq Matytsin, Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov və başqaları da daxildir.

Xüsusi Olimpiadanın açılış və bağlanış mərasimləri Tatneft-Arena Buz İdman Sarayında keçiriləcək.

2022-ci il yanvarın 22-28-də Kazanda təşkil olunacaq Oyunlarda 108 ölkədən 2 min idmançının iştirak edəcəyi gözlənilir. Azərbaycan komandası “Kazan-2022”də florbol yarışlarında mübarizə aparacaq.

Xəbər 371 dəfə oxundu.