“İnter”in rəqibi “Asteras” heyətini gücləndirib
Avroliqanın II təsnifat mərhələsində “İnter”in rəqibi “Asteras” heyətini gücləndirib. İdman.com.az saytının məlumatına görə, Bakıda ilk matçda heç-heçə (1:1) edən Tripoli təmsilçisi seneqallı müdafiəçi Xəlifə Şankarla anlaşıb.

1,90 sm boya malik 28 yaşlı müdafiəçi “Asteras”la 1 illik müqavilə imzalayıb. O, bunadək son 2 ildə “Volos” və “Aris”də oynadığından Yunanıstan Super Liqasına yaxşı bələddir.

O, yeni komandasında 19 nömrəli formanı geyinəcək. Ancaq Xəlifə bu mərhələ üçün sifariş olunmadığından “İnter”lə iyulun 26-da keçiriləcək cavab matçını tribunadan izləyəcək.

Xəbər 943 dəfə oxundu.