Maqnus Karlsen məşhur "New In Chess" şahmat jurnalının sahibi olub
Maqnus Karlsenə məxsus şirkət məşhur şahmat nəşrini satın alıb.

Dünya çempionu Maqnus Karlsen Niderlandda nəşr olunan "New In Chess" şahmat jurnalının səhmlərini satın alaraq onu özünə məxsus olan "Play Magnus Group of Companies" şirkətinin media qrupuna qatıb.

Nəşrin rəhbərliyinə onların yayım siyasətinə müdaxilə etməyəcəklərinə dair öhdəlik götürən Norveç şirkəti, nəşri sırf bizneslərini genişləndirmək məqsədilə aldıqlarını bildiriblər.

Qeyd edək ki, bir müddət əvvəl Karlsenin şirkəti məşhur şahmat platforması olan Chess24.com saytını da alıb.

Xəbər 379 dəfə oxundu.