Milli komandamızın üzvü Mustafa Yıldırım klubunu dəyişib
Futbol üzrə gənclərdən ibarət milli komandamızın üzvü Mustafa Yıldırım klubunu dəyişib.

Türkiyə çempionatında çıxış edən hücumçu “Alanyaspor”dan birinci divizion təmsilçisi “İstanbulspor”a transfer olunub. O, yeni komandası ilə 4 il yarımlıq müqavilə bağlayıb.

Qeyd edək ki, bir müddət əvvəl Yıldırımın Fransanın “Lill” klubuna keçidi gözlənilsə də, transfer baş tutmayıb.

Xəbər 425 dəfə oxundu.