“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 300-cü qələbəsini qazanıb
Ağdamın “Qarabağ” klubu baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 300-cü qələbəsini qazanıb. Yubiley Azərbaycan kubokunun dörddəbir final mərhələsinin ilk oyununa təsadüf edib.

Öz meydanında “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi 49 yaşlı mütəxəssislə yubiley uğuruna imza atıb.

Qeyd edək ki, 2008-ci ilin yayından “Qarabağ”ı çalışdıran Q.Qurbanov bu müddətdə komandanı 543 matça çıxarıb. Qələbələrdən 223-ü Premyer Liqaya, 34-ü ölkə kuboku, 43-cü avrokuboklara təsadüf edib.

Xəbər 386 dəfə oxundu.