Messi 2017-ci ildən bəri “Barselona”ya 600 milyon avrodan çox vəsait qazandırıb
İspaniyalı maliyyəçilərin hesablamalarına görə, Lionel Messi 2017-ci ildə (cari mövsüm xaricində) imzaladığı yeni müqavilədən sonra “Barselona”ya 619,3 milyon avro qazandırıb.

Araşdırmalara görə, Messi Kataloniya klubunun gəlirlərinin üçdə birini qazanır. Bu müddət ərzində Messinin “Barselona”dan müxtəlif ödəmələr vasitəsilə 383,7 milyon avro aldığını nəzərə alsaq, onun üzvlüyündən klubun xalis mənfəəti 235,6 milyon olub.

Xəbər 372 dəfə oxundu.