“Keşlə” Azərbaycan kubokunda 30-cu ev qələbəsini qazanıb
“Keşlə” klubu futbol üzrə Azərbaycan kubokunda 30-cu ev qələbəsini qazanıb. Bu, dörddəbir finalın “Kəpəz” ilə ilk oyununa təsadüf edib.

1:0 hesabı ilə qalib gələn paytaxt təmsilçisi öz meydanında yubiley uğuruna sevinib.

Paytaxt təmsilçisi ölkə kubokunda 1997/1998-ci il mövsümündə debüt edib. Komanda turnirdə əvvəl “Xəzər Universiteti”, sonra “İnter” adı altında mübarizə aparıb. Paytaxt təmsilçisinin ilk ev qələbəsi isə yalnız 2001/2002-ci il mövsümünə təsadüf edib.

Qeyd edək ki, ölkə kubokunda ən çox ev qələbəsi olan komanda “Qarabağ”dır. Ağdamlıların 56 qələbəsi var.

Xəbər 350 dəfə oxundu.