Poznan klubu növbəti mərhələ keçməyə daha şanslıdır
“Əlbəttə, bu nəticə bizi növbəti mərhələyə bir az da yaxınlaşdırır”. İdman.com.az saytının məlumatına görə, bu fikirləri Polşanın “Lex” klubunun futbolçusu Bartoş Şlusarski deyib. Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”la səfər oyununda 1:1 hesablı bərabərlik edən Poznan klubu növbəti mərhələ keçməyə daha şanslıdır.

Komandanın əsas qol ümidlərindən olan hücumçu vurduqları qolda iştirak edib: “Uzaqdan vurduğumuz zərbə dəqiq alındı. Ötürmə qolu vuran birbaşa Meytu Mozdzenə edilməmişdi. Mən topu cərimə meydanına atmaq istəyirdim və orada komanda yoldaşım Vojo Ubiparipi gördüm. Öz adımdan deyə bilərəm ki, mən mövsümün startından razıyam. Çünki hər oyunda qol vuraraq, məğlubiyyətsiz çıxışımızı davam etdiririk”.

Xəbər 940 dəfə oxundu.