“Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib
Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bundesliqa təmsilçisi “Arsenal”dan Şkodran Mustafini heyətinə qatıb.

Almaniya yığmasının da üzvü olan 28 yaşlı futbolçu ilə müqavilə mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, “Hamburq”un yetirməsi olan Mustafi 2016-cı ildən “Arsenal”da çıxış edib. Şkodran 20 oyuna çıxdığı Almaniya yığmasının heyətində 2014-cü ildə dünya çempionu olub.

Xəbər 394 dəfə oxundu.