Futzal üzrə Azərbaycan millisi qrupun vahid lideridir
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində millimizin yer aldığı 3-cu qrupda daha bir oyun keçirilib.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Slovakiya yığması doğma meydanda Moldova millisi ilə üz-üzə gəlib. Qarşılaşma 4:4 hesabı ilə başa çatıb. Bu nəticə millimizi vahid lider edib.

Qeyd edək ki, millimizin hesabında 6 xal var. Moldova 4 xalla ikinci, Slovakiya 1 xalla üçüncü pillədə yer alıb. Yunanıstan seçməsinin isə hesabında xal yoxdur.

Xəbər 381 dəfə oxundu.