“Titled Tuesday Blitz” Qran-Prisinin növbəti mərhələsinin qalibi Hikaru Nakamura olub
Şahmat üzrə “Titled Tuesday Blitz” Qran-Prisinin növbəti mərhələ yarışı keçirilib.

Azərbaycan şahmatçılarının da iştirak etdiyi yarışın qalibi 11 turdan 10 xal toplayan ABŞ təmsilçisi Hikaru Nakamura olub. Onunla eyni xalı yığan həmyerlisi Cefri Syon ikinci, onlardan yarım xal geridə qalan özbəkistanlı Nodirbek Abdusattorov üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, yarışda iştirak edən Şəhriyar Məmmədyarovun (6,5 xal) çıxışı o qədər də uğurlu alınmayıb. Digər şahmatçılarımızdan Abdulla Qədimbəyli 7,5 xal, İsmayıl Şahəliyev və Vüqar Manafov 7 xal toplayıblar.

Xəbər 388 dəfə oxundu.