AFFA daha bir futbolçunu milliləşdirmək istəyir
AFFA Rusiyanın “Ximki” klubunun əslən azərbaycanlı futbolçusu Kamran Əliyevi milliyə cəlb etmək istəyir.

Bu barədə qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, futbolçu ilə Türkiyənin Antalya şəhərində görüş keçirilib. E.Məmmədov bildirib ki, bu məqsədlə Cahangir Həsənzadə və İlqar Qurbanov qonşu ölkəyə ezam olunublar. Hələlik K.Əliyevdən təsdiq cavabı almaq mümkün olmayıb.

Xəbər 391 dəfə oxundu.