Azərbaycan İrlandiyanı keçdi
UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub. İdman.com.az saytının məlumatına görə, 2012/13 mövsümünün Avropa Liqasının II təsnifat mərhələsinin baş tutan oyunlarından sonra UEFA ölkələri xal hesablarını dəyişə bilib.

Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan da hesabına daha 0,500 xal əlavə edib. Bu, “İnter” və “Xəzər Lənkəran”ın Avropa Liqasının II təsnifat mərhələsində müvafiq olaraq Yunanıstan “Asteras”ı ilə Polşa “Lex” komandaları ilə heç-heçə edib. 1:1 hesablı nəticə ilə kifayətlənən təmsilçilərimizin hərəsi Azərbaycanın aktivinə 0,250 xal gətirib.
Bununla da cari mövsüm yığılan xallarımızın sayı 1,500-ə çatdı. Bunun ən böyük hissəsini – 0,675-i “İnter”ın payına düşür. “Xəzər Lənkəran” 0,500, “Neftçi” 0,250, “Bakı” isə cəmi 0,125 xal qazanıb.

Bu isə ölkəmizin reytinqini 7,041-ə çatmasına imkan verib. Lakin ölkəmizin mövqeyi dəyişməz qalıb. Heç-heçələr sayəsində neçə vaxtdır gerisində olduğumuz İrlandiyanı keçmək nəsib olub. Lakin xeyli arxada olan Moldova uğurlu nəticələr sayəsində 34-cü yeri İrlandiyanın da, bizim də əlimizdən alıb. Düzdür, Moldova ilə Azərbaycanın xalı eynidir. Lakin UEFA məhz Moldovanı 34-cü yerə qoyub.

Xəbər 964 dəfə oxundu.