Azərbaycan kuboku: “Neftçi” doğma meydanda “Zirə”yə uduzub
Fevralın 2-də futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsi çərçivəsində keçirilən matçda “Neftçi” doğma meydanda “Zirə”ni qəbul edib.

“Bakcell Arena”da keçirilən qarşılaşmada qonaqlar rəqibini minimal hesabla məğlub edib. "Zirə"nin yeganə qolunu 26-cı dəqiqədə İlkin Muradov vurub.

Bu oyunun cavab qarşılaşması fevralın 7-də Zirə İdman Kompleksinin stadionunda saat 17:30-da baş tutacaq.
Xatırladaq ki, ölkə kubokunun dörddəbir final mərhələsinin digər oyunlarında “Səbail” səfərdə “Sumqayıt”ı (0:1), “Qarabağ” öz meydanında “Qəbələ”ni (3:1), “Keşlə” isə doğma divarlar arasında “Kəpəz”i məğlub edib.

Azərbaycan kubokunun dörddəbir final mərhələsində cavab görüşləri isə fevralın 6-da və 7-də keçiriləcək.

Xəbər 393 dəfə oxundu.