Bakıda keçiriləcək paracüdo üzrə Qran-Prinin ilkin tarixi açıqlanıb
Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) yarışların yenilənmiş təqvimini dərc edib.

Təqvimə əsasən, bu il mayın 20-28-də paracüdo idman növü üzrə Qran-Pri, beynəlxalq təlim-məşq toplanışı və tibbi göz təsnifatının Bakıda keçiriləcəyi gözlənilir.

Qran-Pri turnirinin mayın 24-25-də keçirilməsi planlaşdırılır. Turnir “Tokio 2020” Yay Paralimpiya Oyunları öncəsi sonuncu təsnifat yarışı olacaq.
Qeyd edək ki, cari ilin mayında keçirilməsi nəzərdə tutulan yarışla bağlı yekun qərar apreldə ölkədə tətbiq edilmiş karantin rejiminin vəziyyətindən asılı olaraq qəbul ediləcək.

Xəbər 503 dəfə oxundu.