Azərbaycan qılıncoynadanı Ukraynada keçirilən turnirdə gümüş medal qazanıb
Azərbaycan qılıncoynadanı Ukraynada keçirilən turnirdə gümüş medal qazanıb.

Şpaqa üzrə milli komandamızın üzvü Ruslan Həsənov Kiyevdə Ukraynanın Olimpiya çempionu Qriqoriy Krissin şərəfinə keçirilən 23 yaşadək şpaqaçıların açıq turnirində çıxış edib.

Qrup mərhələsində keçirdiyi bütün görüşləri qalib başa vuran təmsilçimiz otuzikidəbir finalda İlya Rusinı (15:4), ardınca Valeriy Buksarı (15:4) məğlub edib. Səkkizdəbir final mərhələsində Boqdan Kirdaya 15:11 hesabı ilə qalib gələn şpaqaçımız dörddəbir finalda Vitaliy Svistılı eyni hesabla məğlub edib. Yarımfinalda Dmitro Mikitenko üzərində 15:11 hesablı qələbə qazanan R.Həsənov finalda Nikita Koşmana 14:15 hesabı ilə uduzub.

Şpaqaçımız 90-dan çox iştirakçının qatıldığı turnirdə ikinci olub.

Xəbər 412 dəfə oxundu.