“Liverpul” türkiyəli futbolçunu transfer edib
İngiltərənin “Liverpul” futbol klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

İngiltərə çempionu Türkiyə millisinin və Almaniyanın “Şalke” klubunun müdafiəçisi Ozan Kabakı heyətə cəlb edib.

İyirmi yaşlı mərkəz müdafiəçisi cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb. Futbolçu yeni komandasında “19” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, O.Kabak “Qalatasaray”ın yetirməsidir. O, Türkiyə yığmasında da 7 oyun keçirib.

Xəbər 452 dəfə oxundu.