Mahir Emreliyə İsrail klubundan təklif gəlib
Azərbaycan Premyer Liqasının bombardiri Mahir Emreli karyerasını İsraildə davam etdirə bilər.

“Qarabağ”ın hücumçusu ilə “Makkabi” yaxından maraqlanır. Hayfa təmsilçisi hücumçunun menecerləri ilə təmasa keçib. İsrail çempionatında lider olan komanda 24 yaşlı azərbaycanlı futbolçunu əsas forvardları Nikita Rukavitsyanın əvəzləyicisi kimi görür. İsrail klubu qış transfer pəncərəsi bağlananadək M.Emrelinin keçidini həll etmək istəyir. Hətta onlar keçidin reallaşması üçün “köhlən atlar”a 200 min avro ödəmək niyyətindədir.

Xəbər 385 dəfə oxundu.