Millimizin sabiq futbolçusu İngiltərədə klubunu dəyişib
Azərbaycanın U-19 millisinin sabiq üzvü Serhat Taşdemirin yeni klubu bəlli olub.

İngiltərə klubu “Piterboro”da forma geyinən 21 yaşlı yarımmüdafiəçi “Oldhem” klubuna keçib.

Taşdemir mövsümün sonunadək icarə əsasında 2-ci liqa təmsilçisində çıxış edəcək. “Oldhem” hazırda turnir cədvəlində 35 xalla 24 komanda arasında 12-cidir.

Qeyd edək ki, Serhat Taşdemir 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasında 3 oyuna 3 qol vurub.

Xəbər 395 dəfə oxundu.