Futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin oyunları keçirilib
Fevralın 1-də futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin iki qarşılaşması keçirilib.

Günün birinci matçında "Sumqayıt" öz meydanında "Səbail"i qəbul edib. "Kapital Bank Arena"da baş tutan görüşdə Bakı təmsilçisi meydan sahiblərini minimal hesabla üstələyib.

Günün digər görüşündə isə "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda digər region təmsilçisi olan "Qəbələ"ni qəbul edib. Oyunda Ağdam təmsilçiləri rəqibini 3:1 hesabı ilə üstələyiblər.

Ölkə kubokunun dörddəbir final mərhələsinin digər matçları fevralın 2-də keçiriləcək. Bu oyunlarda "Keşlə" klubu "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək. Dörddəbir finalın cavab qarşılaşmalari isə fevralın 6 və 7-də keçiriləcək.


Xəbər 386 dəfə oxundu.