Çin hökuməti “Pekin-2022”ni təsdiqlənmiş plana uyğun keçirmək niyyətindədir
Çin hökuməti 2022-ci ildə Pekin Qış Olimpiya Oyunlarını təsdiqlənmiş plana uyğun keçirmək niyyətindədir.

Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.

O, qeyd edib ki, yeni koronavirus pandemiyasına baxmayaraq planlaşdırılan bütün idman tədbirlərinin baş tutması üçün fəal səylər göstərilir: “Çinin hər şeydən əvvəl pandemiyanın qarşısının alınmasına və iqtisadiyyatın bərpasına, Qış Olimpiya Oyunları üçün əlverişli şərait yaradılmasına diqqət yetirdiyini vurğulamaq istərdim. Əminik ki, “Pekin-2022” yüksək səviyyədə keçiriləcək”.

Diplomat Pekinin koronavirusla mübarizə üçün sərt tədbirləri davam etdirdiyini də xatırladıb.

Xəbər 482 dəfə oxundu.