Millimizin futbolçusu Türkiyə İkinci liqa təmsilçisinə icarəyə veriləcək
Azərbaycan U-21 millisinin futbolçusu Emre Kaplan Türkiyə İkinci liqa təmsilçisi “Bodrumspor”a icarəyə veriləcək.

Bu haqda klubun saytı məlumat yayıb.

İyirmi yaşlı müdafiəçi “İstanbul Başakşehir” klubuna məxsusdur. O, Çempionlar Liqasında PSJ-yə, eləcə də Türkiyə Super Liqasında iki matçda oynayıb.

Xəbər 389 dəfə oxundu.