FIDE yeni reytinq siyahısını açıqlayıb
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il fevralın 1-nə olan reytinq siyahısını açıqlayıb.

Azərbaycanın iki şahmatçısı ilk onluqda yer alır. Belə ki, Şəhriyar Məmmədyarov (2770) doqquzuncu, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) isə onuncu pillədədir.

Digər şahmatçılarımız - 3 pillə irəliləyən Qədir Hüseynov 2665 xalla 71-ci, 4 pillə geriləyən Nicat Abbasov 2664 xalla 74-cü sırada qərarlaşıblar. Rauf Məmmədov (2654 xal) isə 5 pillə irəliləyərək 87-ci yerdədir.

Qeyd edək ki, kişi şahmatçıların siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2862) başçılıq edir.

Qadın şahmatçılardan Günay Məmmədzadə 2443 xalla 29-cu, Gülnar Məmmədova (2383) 79-cu, Xanım Balacayeva 2376 xalla 89-cu yerdədirlər.

Qadın şahmatçılar arasında ən yüksək reytinq xalı (2658) çinli Yifan Houya məxsusdur.

Xəbər 420 dəfə oxundu.