“Qarabağ”dan ayrılan Donald Geryenin yeni klubu müəyyənləşib
“Qarabağ”dan ayrılan futbolçu Donald Geryenin yeni klubu artıq müəyyənləşib.

Haitili futbolçu Kiprin “Apollon” klubunda çıxış edəcək. Klubun rəsmi saytı 32 yaşlı oyunçu ilə ilkin razılığa gəldiklərini və onunla 2022-ci ilin mayınadək müqavilə imzalanacağını açıqlayıb.

“Qəbələ” və “Neftçi”nin sabiq futbolçusu Baqali Dabo da “Apollon”da çıxış edir.

Xatırladaq ki, “Qarabağ” ötən ilin yayından komandada çıxış edən Gerye ilə müqavilənin qarşılıqlı razılaşma yolu ilə ləğv edildiyini açıqlayıb.

Xəbər 375 dəfə oxundu.