“Karabakh is Azerbaijan”: “Zangilan Cup”ın qalibləri müəyyənləşib
“Karabakh is Azerbaijan” onlayn şahmat seriyasının üçüncü turniri olan “Zangilan Cup” turniri keçirilib.

Chess.az saytının təşkil etdiyi Azərbaycan, Türkiyə və Ukraynadan yüzdən çox şahmatçının iştirak etdiyi seriyanın budəfəki yarışında 58 zəka sahibi mübarizə aparıb. Turnirdə ən yüksək nəticəni türkiyəli şahmatçı Kutay Sakmak göstərib. İkinci və üçüncü yerləri Azərbaycan şahmatçıları İsmayıl Qurbanov və Orxan Bağırov tutublar.

Üç turnirin nəticəsinə görə, ümumi hesabda Azərbaycan şahmatçısı Elnur Mehtiyev 20 xalla ilk yerdədir. Kutay Sakmak (16 xal) ikinci, Orxan Bağırov (14 xal) üçüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, seriya çərçivəsində bundan əvvəl “Jabrail Cup”, “Fuzuli Cup” turnirləri keçirilib. Seriya ümumilikdə 8 turnir və böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizin adını daşıyacaq. Səkkiz turnirin hər birində ilk altı yeri tutmuş şahmatçılar böyük finala düşmək üçün xallar qazanacaqlar.

Seriyanın sonunda, ən çox xal toplamış ilk 10 şahmatçı martın 14-də keçiriləcək böyük finalda oynamaq hüququ əldə edəcək.

Xəbər 407 dəfə oxundu.