Məhəmməd Salah İan Raşın rekordunu təkrarlayıb
Futbol üzrə İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində “Liverpul” komandası “Vest Hem Yunayted”i 3:1 hesabı ilə məğlub edib.

Bu görüşün əsas qəhrəmanı “Liverpul” komandasının heyətində dubl edən və bu mövsüm aktivinə 21-ci qolu yazdıran hücumçu Məhəmməd Salah olub.

Bununla da, misirli 1984-1985-ci ildən bu yana “Liverpul”da 20-dən çox qol vuran futbolçu kimi tarixə düşüb. Ona qədər bu rekorda İan Raş nail olub.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2017-ci ildən “Liverpul”da çıxış edir.

Xəbər 348 dəfə oxundu.