“Gimnastika hamı üçün” növünə aid onlayn məşqlər keçiriləcək
Azərbaycan Gimnastika Federasiyası (AGF) fevralın 4-dən “Gimnastika hamı üçün” növü üzrə ödənişsiz əsaslarla onlayn məşqlər keçirəcək.

Azsport.az AGF-ə istinadla xəbər verir ki, məşqlərin proqramı “Gimnastika hamı üçün” üzrə yığma komandanın baş məşqçisi Mariana Vasileva və məşqçi Ruslan Eyvazov tərəfindən tərtib olunub.

Onlayn məşqlər həftədə iki dəfə saat 19:00-dan 20:00-dək keçiriləcək.

Xatırladaq ki, ötən ilin dekabrında “Gimnastika hamı üçün” növünə aid məlumat xarakterli vebinar təşkil olunub. İştirakçılar arasında ölkənin demək olar ki, bütün şəhər və rayonlarının - Qax, Zaqatala, Balakən, Qusar, Şirvan, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvanın təmsilçiləri yer alıblar. Gimnastika mütəxəssislərinin və bu növ ilə tanış olmaq istəyənlərin böyük marağına səbəb olan vebinarda iştirak üçün 84 nəfər qeydiyyatdan keçib.

Xəbər 467 dəfə oxundu.