“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib
Sloveniyada hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. İdman.com.az saytının məlumatına görə, Qvineya yığmasının üzvü Omar Kalabane ilə 2 illik müqavilə imzalanıb.

31 yaşlı müdafiəçi karyerası ərzində Tunisin “ES Sabel”, Fransanın “Oser”, Türkiyənin “Manisaspor” və BƏƏ-nin “Əl-Dafra” klublarında top qovub. Hazırda Sloveniyada - “Qəbələ”nin düşərgəsində olan Kalabane artıq yeni komandası ilə məşqlərə çıxıb.

Qeyd edək ki, 1,92 sm boya malik Kalabane ampulaca müdafiəçidir.
Apasport.az

Xəbər 983 dəfə oxundu.