“Qarabağ”ın sabiq futbolçusu karyerasını Danimarkada davam etdirəcək
“Qarabağ” klubunun sabiq futbolçusu Ailton Silvanın yeni klubu müəyyənləşib.

26 yaşlı cinah müdafiəçisi Danimarkanın “Midtüllan” klubu ilə müqavilə imzalayacaq.
Braziliyalı oyunçu mövsümün sonunadək icarə əsasında ölkə çempionunun formasını geyinəcək. “Midtüllan” bu keçid üçün qarşı tərəfə ödəniş etməyəcək.

Qeyd edək ki, “Qarabağ”da icarə əsasında oynamış A.Silva 2015/2016-cı il mövsümündə “Neftçi”nin formasını geyinib. Onun “Ştutqart”la müqaviləsi yayda başa çatır.

Xəbər 446 dəfə oxundu.