“Tata Steel Masters”: niderlandlı şahmatçı liderliyini qoruyub
Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin 12-ci turunun oyunları keçirilib.

Artıq hamının böyük maraqla izlədiyi yarış sona yaxınlaşır. Turnir sona yaxınlaşdıqca şahmatçılar da daha ehtiyatlı olmağa başlayıb. Təsadüfi deyil ki, 12-ci turda keçirilən yeddi qarşılaşmadan altısı bərabərliklə nəticələnib. Yalnız hindistanlı Pentala Harikrişna qələbə qaza bilib. O Almaniya təmsilçisi, yarışın aşkar autsayderi olan Aleksandr Donçenkonu məğlub edib. Qeydə alınan nəticələr son tur öncəsi turnir cədvəlinə elə də böyük təsir göstərməyib. Əvvəlki kimi zirvədə olan niderlandlı Aniş Girini onun həmyerlisi Yorden Van Forest, Alireza Firuzca və amerikalı Fabiano Karuana izləyirlər.

Xəbər 454 dəfə oxundu.