2024-cü ildə bədii gimnastika üzrə Avropa çempionatına Macarıstan ev sahibliyi edəcək
2024-cü ildə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edəcək ölkə açıqlanıb.

Bu barədə "Avropa Gimnastikası"nın rəsmi saytı məlumat yayıb. Turnirin Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacağı bildirilib.
Qeyd edək ki, 2020-ci ildə Avropa çempionatı Ukraynanın paytaxtı Kiyevdə təşkil olunub.

Xəbər 495 dəfə oxundu.